Tanınmış dirijor və skripka ifaçısı Dmitri Sitkovetski musiqi sənətinin sirlərini gənclərə daha dərindən aşılamaq məqsədi ilə  Bakı Musiqi Akademiyasının (BMA) qonağı olub. Ustad dərslərinə başlamazdan öncə Dmitri Sitkovetski BMA tələbələrinin ifasında  böyük sənətkarlar İ.Bramsın və F. Mendelsonun  dünyaca məşhur əsərlərindən nümunələri dinləyib.

 

Sonra görkəmli musiqiçi tələbələrə ifaçılıq sənətinin onlara məlum olmayan  sirlərindən bəhs edib, ifa zamanı texniki çətinliklərin aradan qaldırılması yollarını göstərib, gənc ifaçılara gərəkli tövsiyələrini verib.

 

Sifai SƏFƏROVA