Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May- Müstəqillik Günü”nə həsr edilən idman oyunları çərçivəsində voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib.

 

Üç gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən ibarət komandalar mübarizə aparıb. MDU-nu təmsil edən qızlardan ibarət voleybol komandası yarışın qalibi olub. Qalib komanda üzvləri kubok və diplomlarla mükafatlandırılıb.

 

MDU-nun rektoru Şahin Bayramov qalib komandanın üzvlərini qəbul edib. Şəhər çempionatında birincilik qazanan tələbələri təbrik edən Ş.Bayramov MDU-nu layiqincə təmsil etdiklərinə görə onlara təşəkkürünü bildirib və uğurlarının davamlı olmasını azulayıb.

 

Komanda üzvləri göstərilən etimada və diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.