Mingəçevir Dövlət Universitetinin mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə Mingəçevir Sənaye Parkına (MSP) infotur təşkil edilib. İnfoturda kafedranın bir qrup akademik heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.

 

İnfotur çərçivəsində universitet heyəti MSP-nin istehsalat bölmələri və laboratoriyalarında texnoloji proseslərlə tanış olub, informasiya-idarəetmə texnologiyaları və sistemləri barədə məlumatlandırılıblar.

 

İnfotur iştirakçılar tərəfindən maraqla qarşılanıb.