Gəncə Dövlət Universitetində yaz semestr imtahanlarının gedişi ilə tanış olmaq üçün “Açıq qapı” günü keçirilib. Universitetdə təhsil alan tələbələrin valideynləri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri imtahan otaqlarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub, övladlarının kömpüterdə test suallarına cavab vermələrini müşahidə ediblər.

 

Universitetin tədris işləri üzrə prorektoru Şahin Xurşudov “Açıq qapı” gününün iştirakçılarını imtahanların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitlə, tələbələrin imtahanlarla bağlı şikayətlərini və narazılıqlarını araşdırmaq üçün yaradılmış Apelyasiya Komissiyası və  İmtahan qərargahının fəaliyyəti ilə tanış edib.

 

Universitetin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva da imtahanlara hazırlığın vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

 

“Açıq qapı” günündə 20-yə yaxın valideyn iştirak edib.