Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrası və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil olunub. Ekskursiyada MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtsaslarında təhsil alan tələbə və magistrantlar iştirak ediblər.

 

Ekskursiya zamanı universitet kollektivi rəsədxananın muzeyində olan eksponatlara baxış keçirib, teleskopların iş prinsipi ilə tanış olub, aparılan elmi-tədqiqatların əsas istiqamətləri və nəticələri barədə məlumatlandırılıblar.

 

Ekskursiya tələbə və müəllim heytəti tərəfindən maraqla qarşılanıb.