Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Vətəndaşların konstitusion hüquq və vəzifələri- Təhsil hüququ” mövzusunda maarifləndirici tədbir keçirilib.  Microsoft Teams platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

 

Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova insan hüquqlarının qorunması və davamlı olaraq təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən siyasətdən bəhs edib.

 

Ənənəvi olaraq, hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan edildiyini diqqətə çatdıran E.Cəfərova bu çərçivədə universitetdə keçirilən hüquqi maarifləndirmə tədbirinin önəmini vurğulayıb.

 

Sonra MDU-nun hüquqşünası Elvin Abbasov məruzə ilə çıxış edib.

 

Məruzədə demokratik, hüquqi, dünyəvi dövlət anlayışlarından, əsas insan, vətəndaş hüquqları və azadlıqlarından, vətəndaşların əsas vəzifələrindən bəhs edilib və təhsil almaq hüququnun təfərrüatları diqqətə çatdırılıb.

 

Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.