Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, dosent Yusif Alıyev, filialda yaradılan İctimai Şuranın üzvləri – Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba 5 saylı Regional “Mətbuat yayımı” idarəsinin rəisi, şair Ramiz Qusarçaylı, Quba Dövlət Sosial İqtisad Kollecinin direktoru Cəvahir İskəndərova, Quba şəhər 2 saylı tam orta məktəbin direktoru Eynulla Camalov, habelə filialın sosial və humanitar məsələlər üzrə direktor müavini  Aysel Şeydayeva, valideynlərdən Fikrət Babayev, Vasif İlyasov, Zahidə Feyzullayeva və digərləri tələbələrin imtahan prosesini izləyib, filialda yaradılan təlim, tədris şəraiti ilə tanış olublar.

     

İctimai Şuranın üzvləri filialda son dövrlər tətbiq olunan yenilikləri, irəli sürülən layihələri müsbət qiymətləndirib, atılan addımların tədrisin keyfiyyətinə əhəmiyyətli təsirindən əminliklərini bildiriblər.

 

Qeyd edək ki, İctimai Şura Quba filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının monitorinqi, tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə  yaradılıb.