Naxçıvan Dövlət Universitetinin (NDU) ev sahibi olduğu I Beynəlxalq Tibbi Forum uğurla yekunlaşıb.

    

“Duzdağ” otelində təşkil edilən  I Beynəlxalq Tibbi Forumun bağlanış mərasimində universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının belə bir mötəbər foruma uğurla ev sahibliyi etməsindən yüksək məmnunluq duyduğunu dilə gətirib. Qeyd edilib ki, forum universitet üçün çox əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, forum çərçivəsində NDU ilə nüfuzlu 4 ali təhsil ocağı arasında əməkdaşlığın əsası qoyuldu. Rektor forumun Naxçıvan səhiyyəsi üçün gələcək perspektivlərin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

 

Bağlanış tədbirində çıxış edənlər aktual elmi mövzularda müzakirələrin və təcrübə mübadiləsinin vacibliyindən bəhs ediblər. 

 

Sonda iştirakçı cəmiyyət sədrlərinə, fəxri qonaqlara plaketlər, bölmələr üzrə ən yaxşı təqdimatlara diplom və plaketlər, forumun bütün iştirakçılarına, sponsorlara sertifikat və hədiyyə təqdim edilib. Həmçinin universitetin işçi qrupu rektor tərəfindən imzalanmış təşəkkürnamə ilə təltif olunub.