Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramında iştirak edəcək universitetin bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələrlə görüşüb.

 

Yay Təcrübə Proqramı çərçivəsində qrup tapşırıqları mərhələsindən uğurla keçən tələbələri təbrik edən rektor Ş.Bayramov nəzəri və praktiki biliklərin artırılması baxımından proqramın əhəmiyyətindən bəhs edib və yaradılan imkanlara görə təşkilatçılara minnətdarlığını bildirib.

 

Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsində MDU-nun 10 bakalavriat və 1 magistrant tələbəsinin təlimlərdə iştirak hüququ qazandığını vurğulayan rektor tələbələrə proqramın imkanlarından maksimum faydalanmağı tövsiyə edib. Tələbələrin təlimlərdə yüksək nəticə göstərəcəyinə əminliyini ifadə edən Ş.Bayramov onlara uğurlar arzulayıb.

 

Göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə təşəkkür edən tələbələr etimadı doğruldacaqlarını və MDU-nu layiqincə təmsil edəcəklərini bildiriblər.