Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin müəllim və tələbə heyəti muxtar respublika florasında yayılmış dərman, yabanı tərəvəz və digər faydalı bitkilərlə tanış olmaq, onlardan nümunələr götürüb herbarilər hazırlamaq eyni zamanda çöl təcrübəsi keçmək məqsədilə “Batabat” yaylağında olublar.  

 

Təcrübədə Biologiya kafedrasının müəllimləri öz təcrübələrini tələbələrlə bölüşüblər. Bitkilərin herbariləşdirilməsini əyani olaraq göstərən kafedranın müəllimləri təbiətdə olan bir çox bitkilərlə tələbələri tanış edib və onlar barəsində məlumat veriblər. Tələbələrin herbari yaratmaq üçün lazım olan materiallar, herbarinin hazırlanma qaydası, herbarium bitkilərinin qurudulması mövzuları barədə suallar müəllimlər tərəfindən ətraflı cavablandırılıb.