Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

 

Görüş zamanı qonağa ADAU barədə ətraflı məlumat verilib. Söhbət zamanı Qırğızıstanın ali təhsil müəssisələri ilə ADAU arasında qurula biləcək əlaqələrin perspektivlərindən danışılıb.
Görüşdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Musa Quliyev də iştirak edib.
 

Görüşdə, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.