Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının informasiya texnologiyaları ixtisasının III kurs tələbələri Vahid Abbasov, Ehtiram Şükürov, Şahnaz Məmmədova və Sevinc Yaqubzadə “HUAWEI” şirkətinin keçirdiyi “Seeds for the future” STEM üzrə təlim proqramını uğurla başa vurublar.  

 

Universitetdən bildirilib ki, 8 gün davam edən təlimlərdə tələbələrə süni intellekt, rəqəmsal informasiya, bulud mühəndisliyi və 5G haqqında ətraflı məlumat verilib.

 

Təlimin bağlanış mərasimində Çinin Azərbaycandakı səfiri Qo Min və müxtəlif universitetlərin nümayəndələri iştirak ediblər.

 

Tədbirin sonunda AzTU SABAH qruplarının tələbələrinə mükafat təqdim olunub.