Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq.


 

Dövlət İmtahan Mərkəzinin  (DİM) sədri Məleykə Abbaszadə ənənəvi olaraq ixtisas seçimi ilə əlaqədar çıxış edəcək,  abituriyentlərin suallarına cavab verəcək.



DİM-dən bildirilib ki, qurumun sədrinin çıxışı 16 avqust saat 15:00-da başlayacaq.



M.Abbaszadə DİM-in Facebook, Youtube və Telegram səhifələri vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışacaq.


 

DİM abituriyentləri ixtisas seçimi ilə əlaqədar suallarını qurumun Facebook sosial şəbəkədəki səhifəsində yazmağa çağırıb.