Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən 4-cü Beynəlxalq “ADNSU-DAAD Yay məktəbi 2022” başa çatıb.

 

8-19 avqust tarixlərində keçirilən yay məktəbində Almaniya, İtaliya və Azərbaycandan olan 11  tələbə yerli mütəxəssislər tərəfindən “Post-neft dövrünün iqtisadiyyatı” mövzusunda mühazirələrə qatılıb və eyni mövzuda çıxışlar ediblər.

 

Yay məktəbi ərzində akademik hissədən başqa, iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunub. İştirakçılar Bibiheybətdə - dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, BP-nin və ARDNF-nun baş ofislərində, İçərişəhərdə, Atəşgah məbədində və Heydər Əliyev Mərkəzində olub, eləcə də Şəki şəhərinə təşkil olunan ekskursiyada iştirak ediblər.

 

Yay məktəbinin gələn il də keçirilməsinin planlaşdırıldığı bildirilib.

 

Qeyd edək ki, yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən qarşılanıb.