...Ölkəmizin ərazi bütövlüyü uğrunda  şəhid  olan vətən övladlarının xatirəsini əbədiləşdrən  film-tamaşanın adı da, bax, beləcə  qürurvericiydi. “Qələbədir adın” XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində təqdim olunan bu tamaşanın libretta  müəllifi Kəmalə Ağayeva, bəstəkarı  Pikə Axundova, solisti isə İlham Nəzərov idi. Tamaşada xalqımızın əbədi torpaqlarına möhtəşəm qayıdışı, erməni vandalizmi, işğaldan azad olunan ərazilərimizin işğaldan əvvəlki və işğaldan sonrakı görüntüləri   ustalıqla  təqdim olunurdu. Bu görüntülər, heç şübhəsiz  şəhid analarımızı, qazilərimizi və digər  iştirakçıları təsirləndirməyə bilmirdi.  

    

Əsərdə   bir neçə obrazı məharətlə ifa edən İlham Novruzovdan savayı,  Əməkdar artistlər- Yaqut Paşazadə (Ana obrazı), Viktoriya Şahmuradova (Xarıbülbül) və Mədəniyyət və İncəsənət Universitetinin Teatr şöbəsinin III  kurs tələbəsi  Əli Əsədov (Oğul), eləcə də G. Şaroyev adına 35 nömrəli məktəbin birinci sinif şagirdi Səid Nəzərli  də müxtəlif rolları canlandırırdılar.

    

Sifai SƏFƏROVA