Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  tələbələri növbəti uğura imza atıblar. “Platon Tech” komandasının üzvləri- Fərid Şıxıyev, Rüfət Şıxıyev, Qabil Hüseynli, Murad Səmədov WRO-da (Dünya Robot Olimpiadası) birinci yerə layiq görülüb və Almaniyanın Dortmund şəhərində Azərbaycanı təmsil etmək üçün vəsiqə qazanıblar.

 

Qeyd edək ki, Fərid Şıxıyevin kapitanı olduğu komanda 2022-ci il “TEXNOFEST Azərbaycan” yarışmasında da birinci yerə layiq görülüb. Bundan əlavə, komanda üzvləri birlikdə başqa yarışmalarda da uğurlu nəticələr əldə ediblər.