Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, universitetin dəvətli professoru Ehsan Mousavi Khaneghah və dosenti Nigar İsmayılova Horizon Europe 2020 – ELECTRON layihəsi çərçivəsində Afinada keçirilən konsorsiumun iclasında iştirak ediblər. Qeyd olunan layihə konsorsiumunda ADNSU ilə yanaşı, Intrasoft International, Qərbi Makedoniya Universiteti, Schneider, ATOS, IBM, Isotrol, və s. kimi Avropanın aparıcı təşkilatları və elmi-tədqiqat mərkəzləri də iştirak edir.

 

Konsorsium iclasının əsas məqsədi qarşıya qoyulan məsələlərin həllinin monitorinqi və yeni çağırışların aşkarlanmasıdır. Elektron layihənin əsas məqsədi enerji təchizat şirkətlərinin təhlükəsizliyinin təmin olunması üçün həllərin aşkarlanması və həyata keçirilməsidir. ADNSU nümayəndə heyəti tərəfindən universitetin HPC mərkəzinin əsas tədqiqat istiqaməti olan paylanmış idarəetmə sistemi, bu sahədə təklif olunan yanaşmalar və həllər layihənin növbəti versiyasının hazırlanmasında əsas başlanğıc nöqtəsi kimi irəli sürülüb.