Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində ali məktəblərdə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr arasında hüquqi biliklərə dair müsabiqə keçirilib. Müsabiqənin məqsədi hüquqi biliklərin təbliği, gənc hüquqşünasların təhsilinə, onlarda hüquqşünaslıq ixtisası üzrə ilkin peşə vərdişlərinin formalaşdırılmasına töhfə verilməsi,  prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.

 

Müsabiqədə Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti Milli Aviasiya Akademiyası, Dövlət Gömrük   Komitəsi Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

 

5 tələbədən ibarət olmaqla, ümumilikdə 4 komandanın iştirak etdiyi yarışda Dövlət İdarəçilik Akademiyasını 4-cü kurs Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr- Vüqar Rufulla, Jalə Calalova, Qabil Əlizadə, Zəmilə Abdullayeva, Nərmin Əhmədli təmsil edib və onlar  birinci yerə çıxıblar.