Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsinə Bakı, eləcə də  region ali və orta təhsil ocaqlarından 2 istiqamət, 5 kateqoriya üzrə 121 komanda qatılıb.

 

İki gün davam edən yarışmada  Azərbaycan Texniki Universitetinin (AzTU) “ Sabah” qrupunun “Platon Tech” komandası  qalib  adını qazanıb. Komanda birinciliyə  “Future İnnovators”(“ Gələcəyin innovatorları”) Senior kateqoriyası üzrə yüksəlib.

 

Qeyd edək ki, yarışmada  ALS- Amyotrophic Lateral Sclerosis (Yan Amiotrofik Skleroz) layihəsi ilə  “Platon Tech” komandasının təmsilçiləri olan AzTU-nun “Sabah” qruplarının tələbələri Rüfət Şixiyev, Qabil Hüseyinli,  həmçinin Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyev iştirak edib. Noyabr ayının 17-19-da Almaniyanın Dortmund şəhərində keçirilməsi nəzərdə tutulan Dünya Robot Olimpiadasında ölkəmizi bu gənclərin təmsil etməsi qərarlaşdırılıb.

 

Bu barədə AzTU-dan bildirilib.

 

Sifai SƏFƏROVA