Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı reallaşdır-2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

 


Azərbaycan Dövlət Aqrar Universitetindən (ADAU) bildirilib ki, ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində İqtisadiyyat ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nigar Bayramova da "Let’s play Mangala" - Tarixi Manqala oyununun təbliği layihəsi ilə qrant müsabiqəsində qalib olub.