Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı əsasında UNEC Ömürboyu Təhsil Mərkəzində işsiz statusu daşıyan vətəndaşlar üçün nəzərdə tutulan peşə hazırlığı üzrə kurslara başlanılıb.

 

Universitetdən bildirilib ki, layihədə 74 nəfərin iştirakı nəzərdə tutulub. Müsahibə əsasında seçilən namizədlər kursun sonunda təhsil aldıqları peşə üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər.

 

Kurslarda İnsan resursları, Mühasibatlıq, Data analitika, Əməliyyatçı-mühasib ixtisasları  tədris ediləcək.

 

Kursu uğurla tamamlayan iştirakçılar UNEC-in sertifikatını əldə edəcəklər.