Azərbaycan Gənclər Fondunun keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblər sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin II kurs magistr tələbəsi Yusif Cəfərbəyli və magistratura pilləsinin II kursunda (Aktyor sənəti ixtisası üzrə) təhsil alan Fərid Bağırov da var. Fərid Bağırov həm də Azərbaycan İncəsənət Məktəbinin təsisçisidir.


Y.Cəfərbəyli “Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş "Milli musiqi” müsabiqəsi”, F.Bağırov isə “Gənc qiraətçilər arasında Əhməd Cavad yaradıcılığının təbliğatı” adlı layihələri ilə müsabiqənin qalibi olublar.

 

Bu barədə ADMİU-dan bildirilib.