Təhsil Tələbə Krediti Fondu (TTKF) nümayəndələri ilə Gəncə şəhər və Goranboy rayon ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib.

 

Gəncə-Daşkəsən RTİ-dən aldığımız məlumata görə,Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədr müavini Tahir Xələfov fond barədə ətraflı məlumat verib.  Sonra TTKF-nun əməkdaşı Ağca Məmmədova təqdimatla çıxış edib. O, fondun yaradılması, fəaliyyəti, fond tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.

 

Fondun əməkdaşlarının təhsil tələbə kreditləri haqqında təqdimatından sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb.