Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri "FAB Boya və Kimya Sənayesi” MMC şirkətində olublar. BANM-in "Neftçi Mühəndislər Cəmiyyəti"nin təşkilatçılığı ilə təşkil edilən ekskursiyada tələbələr "FAB Boya və Kimya Sənayesi” MMC-nin istehsalat sahələri və laboratoriyaları ilə tanış olublar.

 

Tələbələr məhsulların hazırlanma prosesini, “FAB Akademiyası” laboratoriyalarında həyata keçirilən sınaq və təcrübələri izləyiblər. Ekskursiyanın sonunda tələbələrə FAB tərəfindən rəmzi hədiyyələr təqdim edilib.