İtaliyada  keçirilən şahmat üzrə dünya çempionatında  Gövhər Beydullayeva  öz pərəstişkarlarının ümidlərini doğruldaraq qalib adını qazanıb. Belə ki, o, 20 yaşa qədər qadınlar arasında qızıl medala sahib olmaqla, idmanın bu sahəsi üzrə ölkəmizə növbəti uğuru qazandırıb.

 

“Dünya çempionatına qələbə üçün, birincilik üçün getmişdim, birinci də oldum. Qızıl medal qazandığım üçün xoşbəxtəm”- deyən gənc şahmatçı əlavə edib ki,  əzmkarlıq, çalışqanlıq varsa, qalibiyyətə heç nə mane ola bilməz.

 

Artıq dünya kubokuna vəsiqə alan gənc şahmatçı qadınlar arasında keçiriləcək dünya çempionatında da Azərbaycanı layiqincə təmsil edəcəyinə əmindir.

 

Sifai SƏFƏROVA