Azərbaycan Dillər Universiteti (ADU) ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında Anlaşma memorandumu imzalanıb.

 

Memoranduma ADU-nun rektoru, akademik Kamal Abdulla və Təhsil Kompleksinin direktoru Aqşin Bağırov imza atıb.

 

Sənəddə ali və orta təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi naminə təhsil və təlim-tədris sahələrində təcrübə mübadiləsinin aparılması, müəllimlərin peşəkar inkişafına dəstəyin verilməsi,  universitet  tələbələrinin adıçəkilən Təhsil Kompleksində  pedaqoji təcrübəyə cəlb edilməsi, xarici dillərin tədrisinə metodik dəstəyin verilməsi, elm və təhsil sahəsində yerli və beynəlxalq səviyyəli konfransların, seminarların, digər tədbirlərin birgə keçirilməsi nəzərdə tutulub. 

 

Eyni zamanda şagirdlərin xarici dil proqramlarına cəlb edilməsi, yerli və beynəlxalq yay və qış məktəblərinin təşkili, qarşılıqlı maraq doğuran və qanunvericiliklə müəyyən edilmiş müxtəlif layihə və proqramlarda iştirak nəzərdə tutulur.