Təhsil müəssisələrində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə bağlı maarifləndirici görüşlər daha altı rayon üzrə keçirilib.

 

Paytaxtın Xətai, Suraxanı, Nizami, Qaradağ, Səbail və Yasamal rayonlarını əhatə edən görüşlərdə BŞTİ-nin Daxili nəzarət sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Aydın Rəhimov, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Çıxış edənlər görüş barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, görüş Elm və Təhsil Nazirliyinin 2022-ci il üzrə Tədbirlər Planının icrası çərçivəsində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, korrupsiya risklərinin təhlili, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsi məqsədilə təşkil olunur.

 

Bundan əlavə, görüşdə korrupsiya riskləri ilə əlaqədar ümumi təhsil müəssisələrində aşkar olunmuş halların aradan qaldırılması istiqamətində aidiyyəti struktur bölmələr tərəfindən müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində şəffaflığın təmin olunması barədə məlumatlar konkret faktlar əsasında məktəb rəhbərlərinin diqqətinə çatdırılıb.

 

Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.