AzMİU əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər


Bakı Ali Neft Məktəbində “British Council”ın təşkilatçılığı ilə keçirilən "Tələbələrin gələcəkdə sahibkarlıq təhsilinə hazırlığı" mövzusu üzrə “Creative Spark” layihəsinin sonuncu təlimi keçirilib. Təlimdə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) Nərmin Rzayeva, Nəsibə Əmirbəyova, Pərvin Quliyeva, Rəna Cəbrayılova, Tükəzban İsmayılova və Ramin Əkbərov təmsil ediblər.    

 

Proqramın açılışını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld edib. Səfir təlimin əhəmiyyətindən, “Creative Spark” layihəsinin ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsinə töhfəsindən danışıb. 

Sonra Nyu Kastl Universitetinin əməkdaşları Fiona Uaythurst və Ley Siar tərəfindən təlimə başlanılıb. 3 gün davam edən təlimdə sahibkarlıq bacarıqlarının təhsilə tətbiqi barədə bir çox metodlar təklif olunub. 

 

Təlimdə “British Council”ın Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva sahibkarlıq sahəsində aparılan işlərin effektivliyi barədə məlumat  verib. 

 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub