Azərbaycan Texniki Universitetində (AzTU) daxili idarəetməni təmin edən, tədrisin təşkilini, tədqiqatçıların və tədqiqat işlərinin bazasını özündə birləşdirən elektron platform- Universitet İdarəetmə Sistemi (UİS) qurulur.

 

Ali məktəbdən bildirilib ki, yeni rəqəmsal sistem “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

 

UİS-nin daxilində 9 alt sistem mövcuddur.

· İnsan resursları sistemi;

· Tələbə qeydiyyatı sistemi;

· Personal məlumat sistemi;

· Tələbə məlumat sistemi;

· Tədrisin təşkili sistemi;

· Təhsil haqqı ödəniş sistemi;

· Dissertasiya mövzularının seçimi sistemi;

·  AMAS (Akademik Məlumat Axtarış Sistemi);

·  Differensial əməkhaqqı sistemi.

 

Dissertasiya mövzularının seçimi, AMAS və differensial əməkhaqqı sistemindən istifadə ilə bağlı AzTU-da 720 nəfər müxtəlif təlimlərdə iştirak edib. Hazırda sözügedən alt sistemlər sınaq mərhələsindədir. Növbəti ildən mərhələli şəkildə istifadəyə veriləcək.

 

Digər 6 alt sistemdən də istifadə ilə bağlı əməkdaşların təlimlərə cəlb olunması planlaşdırılır.