UNEC Startap İnkubatorun təşkil etdiyi BootSTART proqramının “Pitch day” adlı təqdimatı keçirilib.

 

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələri ilə yanaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Coders Academy, eləcə də bu sahə üzrə digər təşkilatların nümayəndələri iştirak ediblər.

 

Tədbirin açılışında universitetin rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov və UNEC Startap İnkubatorun rəhbəri Mübariz Şahbazlı təqdim olunan startaplar barədə məlumat verib, komandalara uğurlar arzulayıblar.

 

Sonra 6 həftəlik intensiv proqramda iştirak etmiş 15 komanda öz startap ideyaları ilə çıxış edib. İştirakçıların maraqla dinlədikləri təqdimatlardan sonra startapların dəyərləndirilməsi keçirilib.

 

Münsiflər heyətinin dəyərləndirməsinə əsasən, 6 komanda -“Eddy”, “Taky”, “Probiont”, “HIRPO”, “4You”, “FeedHub” finala vəsiqə qazanıb.

 

Müsabiqənin final mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulub.