AzTU Elmi Şurasında bir sıra məsələlər müzakirə edilib


Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının 2022-ci il üçün sonuncu iclasında təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə apelyasiya müraciətlərinin qəbulu və onlara baxılması qaydalarında müvafiq düzəlişlərin edilməsi məsələləri müzakirə olunub.

 

Universitetdən bildirilib ki, iclasda, həmçinin  AzTU-da sənaye ehtiyacları üçün ömürboyu təhsil üzrə tədrisin təşkili və bəzi ixtisaslar üzrə tədris proqramlarının beynəlxalq sertifikasiya proqramlarına uyğunlaşdırılması ilə bağlı qərar qəbul edilib. Ali məktəbin müəllim və tələbələrinin Türkiyəyə təcrübə mübadiləsinə göndərilməsi ilə bağlı məsələlər də müzakirə predmeti olub.

 

Nəzrin Seyidəliyeva