Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarının tələbələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən uğrunda canından keçən şəhidlərimizin övladları ilə bayram görüşü təşkil edib. Bayram şənliyində uşaqlar tələbələrlə əyləncəli vaxt keçirib, müxtəlif oyunlar oynayıblar.

 

Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.