Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (#MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində “Təlimçilər üçün təlim” vörkşopu təşkil edilib.

 

Vörkşopda İsveçin Linkopinqs Universitetindən dəvət olunmuş iki ekspert – təlimçi Ullakarin Sundqvist Nilsson və Jörg Schminder tərəfindən “Yeni informasiya texnologiyaları ilə dəstəklənən təhsil mühiti” mövzusunda layihə çərçivəsində tədris aparan əməkdaşlara təlim keçirilib.

 

Vörkşopun sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.