Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

ADNSU-nun rektoru professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti şəhidlərin ali məktəbdəki barelyefi önünə gül dəstələri qoyub, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rektor 20 Yanvar hadisələrindən danışaraq Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğurunda canlarından keçən vətən övladlarının ruhunun hər zaman uca tutulduğunu bildirib. M.Babanlı 20 Yanvarı faciə ilə yanaşı, həm də tariximizin şanlı səhifəsi adlandırıb.

 

Tədbirdə iştirak edən şəhid ailələri və yaxınları onlara göstərilən diqqətə görə  universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.