Bu günlərdə Almaniyada I international Art Competition Stars of Arts beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqəyə  paytaxtın A.Məlikov adına Musiqi Məktəbinin istedadlı yeniyetmələri də qatılıblar. Sevindirici haldır ki, Azərbaycan məktəbliləri  bu istedad yarışmasında  qürurverici uğurlara imza ata biliblər. Belə ki,  5-ci sinif  şagirdi Duyğu Fərruxzadə  və 8-ci  sinif şagirdi Nərgiz Rəsulova fortepiano ixtisası üzrə I, 7-ci sinif şagirdi Əsmət Hidayətli isə müşayiət nominasiyası üzrə II yerə layiq görülüblər.

  

Sifai SƏFƏROVA