Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Əməkdar incəsənət xadimi, professor Oqtay Abasquliyev, Əməkdar müəllim, professor Leyla Abasquliyeva və Kamil Abasquliyevə həsr olunmuş “Xatirə” adlı konsert  keçirilib.

 

Tədbirdə öncə Əməkdar müəllim, BMA-nın tədris işləri üzrə prorektoru professor, pedaqoji elmlər namizədi Nərminə Quliyeva bütün qonaqları salamlayaraq, hər üç tanınmış musiqiçinin yaradıcılığından, musiqi incəsənəti sahəsindəki böyük xidmətlərindən, onlarla bağlı xoş xatirələrindən bəhs edib, konserti açıq elan edib.

 

Musiqili gecədə “Cadenza Conteporary Orchestra”, Əməkdar artistlər Azər Zadə, Səbinə Əsədova, Türkiyənin İstanbul Universiteti Dövlət Konservatoriyasının dosenti Tutu Aydınoğlu, Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vurğun Vəkilov,  Türkiyənin  Bilkənt Universitetinin müəllimi Tofiq Şıxıyev, Nərgiz Kəngərli, Ümidə Abasova, Atəş Qarayev, Anar Məmmədov, Camalə Abdinzadə, Hüseyn Nağıyev, İlahə Məmmədova, Afaq Qarayeva, Rəşad Abdullayev öz ifalarını dinləyicilərə təqdim ediblər.

 

Xarici və yerli bəstəkarların əsərlərindən ibarət konsert proqramı böyük maraqla izlənilib.