Milli Azərbaycan Tarixi Muzeyində “Muzeydə Novruz macəraları” adlı əyləncəli-maarifləndirici tədbirlər başlayıb.  Uşaqların maraqları, arzu və  istəkləri nəzərə alınan  bu kimi tədbirlərdə balacalar və yeniyetmələr ustad dərsləri, kəndirdartma, gips fiqurları üzərində səməni rəngləmə kimi proqramlarla əyani surətdə tanış olurlar. Muzeydəki zəngin eksponatlar məktəblilərin Novruz haqqında məlumatlarını və bilgilərini artırmağa xidmət edir. 3-10 yaş həddində olan uşaqlar üçün nəzərdə tutulan bu tədbirlər ərəfəsində öz nağıl dünyalarına qovuşan kiçik yaşlı məktəblilər Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini də ziyarət edir, oradakı zəngin eksponatlarla  tanış olurlar.

     

Tədbirlər mart ayının 17-dək davam edəcək.

 

Sifai SƏFƏROVA