Ümummilli Lider Heydər Əliyevin 100 illik yübileyi münasibətilə keçirilən silsilə tədbirlər davam edir. Kamera və Orqan Musiqisi Zalının səhnəsində  baş tutan növbəti tədbir  də bu böyük tarixi şəxsiyyətin yubileyinə həsr olunub.

    

”Gənclərə dəstək” layihəsi çərçivəsində təqdim olunan konsert proqramında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşovanın iştirakı ilə baş tutan zəngin musiqili proqram   beynəlxalq müsabiqələr laureatı Arzu Səfərovanın müşayiəti ilə təqdim olunub.

 

Konsert iştirakçılarda xoş ovqat yaradıb.
 

 

Sifai SƏFƏROVA