Almaniyanın “Green Life Engineering” şirkətinin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının qonağı olublar. 

 

Şirkətin əməkdaşları tələbə və müəllimlər üçün “Külək turbinlərinin hesablanması və istismarı” mövzusunda geniş təqdimatla çıxış ediblər.

 

Razılaşmaya görə, şirkətin əməkdaşları ayda bir dəfə AzMİU tələbələri üçün mühazirələr oxuyacaq və hər ay dörd tələbəyə öz ofislərində pulsuz kurslar təşkil edəcəklər. Kurslara cəlb olunan və sonda imtahanı müvəffəqiyyətlə verən tələbələrə sertifikatlar təqdim ediləcək .