Mingəçevir şəhərində “Azərbaycan Kuboku” layihəsi çərçivəsində region gəncləri arasında intellektual yarış keçirilib.

 

Layihənin məqsədi gənclərin intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.

 

Yarışda ilk öncə komandalar müxtəlif mövzular üzrə biliklərini sınayıblar. Ən üstün nəticə göstərən komandalar növbəti mərhələyə yüksəlib.

 

Final mərhələsində Gəncə Dövlət Universitetinin (GDU) komandası qalib gələrək kubok və medal qazanıb.