Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kiçik və Orta Müəssisələr və Klublar Assosiasiyasının  (KOBSKA) rəhbərliyi ilə görüş keçirilib. 

 

Görüşdə ADNSU-nun rektoru professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, Kiçik və Orta Müəssisə və Klublar Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova və digər nümayəndələr iştirak ediblər. 

 

Rektor universitet haqqında qonağa məlumat verib, görülən işlər, startap layihələrinin hazırkı vəziyyəti və yeniliklərdən danışıb. M.Babanlı ali məktəbdə biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürünün inkişaf etdirilməsi və onlar üçün maddi-texniki bazanın təmin edilməsinin prioritet məsələ olduğunu söyləyib.

 

Kiçik və Orta Müəssisə və Klublar Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova ADNSU-da olmaqdan məmnunluğunu ifadə edərək, universitetdə müxtəlif sahələr üzrə aparıcı şirkətlərin, dövlət qurumlarının ekspertlərinin iştirakı ilə seminar və görüşlərin keçirilməsinin vacibliyini, eləcə də gənclərin startap ideyalarını dəstəkləməyə hər zaman hazır olduqlarını qeyd edib.

 

Sonra tərəflər arasında Əməkdaşlıq memorandumu imzalanıb.