Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

UNEC rektoru professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Britaniya Krallığının “Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb. UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə “İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un (English Teaching İnternational Forum) keçirilməsi haqqında tərəflər arasında ilkin razılıq əldə olunub.

 

Bu barədə UNEC-dən bildirilib.