Bakı Ali Neft Məktəbinin (BANM) 5 komandası “Teknofest”in finalına çıxmaqla, Azərbaycanın ən çox komanda ilə təmsil olunan ali məktəbi oldu.

 

BANM-ın rektoru Elmar Qasımov özünün facebook səhifəsində məlumat verib ki,  Ali Məktəbin komandaları Türkiyənin ən böyük Aviasiya, Kosmik və Texnologiya Festivalı olan “Teknofest”in final mərhələsinə vəsiqə qazanıblar. “ForestBerg”, “Yıl 2020”, “GreenPack” və “Azerbaijan Engineers Union” komandaları festivalın “Ətraf mühit və enerji texnologiyaları”, “Əkinçi” komandası isə “Kənd təsərrüfatı texnologiyaları” kateqoriyasında mübarizə aparacaq.

 

“Teknofest” Türkiyə Festivalı aprel-may aylarında Türkiyədə baş tutacaq.