Bakı Mühəndislik Universitetinin (BMU) kitabxana fondunun zənginləşdirilməsi və ən müasir dərs vəsaitləri ilə təmin edilməsi üzrə işlər davam etdirilir. Bu istiqamətdə növbəti addım BMU və Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində Dövlət Neft Fondunun ayırdığı vəsait hesabına atılıb.

 

Belə ki, tələbələr, tədqiqatçılar, alimlər üçün dəyərli mənbə olan 11 ədəd yeni kitab alınaraq BMU-nun kitabxanasına təhvil verilib. Daxil edlən akademik kitablar əsasən, Elektrik və Elektronika mühəndisliyi ixtisası üzrə istifadə olunacaq.

 

Hazırda BMU-nun zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan kitabxana fondunda  106 minə yaxın kitab və jurnal mövcuddur. Tədris prosesində keçirilən fənlər üzrə istifadə olunan dərslik və dərs vəsaitləri ilə tələbələri ödənişsiz təmin edən BMU-nun kitabxanası həmçinin, Web of Science və EBSCOhost adlı elektron portalların üzvüdür.

 

Bu barədə BMU-dan bildirilib.