Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin və ətraf kənd məktəblərinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

 

Şəki-Zaqatala RTİ-dən aldığımız məlumata görə, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin akt zalında keçirilən tədbirdə regional təhsil idarəsinin əməkdaşları, həmkarlar təşkilatının, yerli kənd icra və bələdiyyə orqanlarının nümayəndələri, müəllim və şagird kollektivi iştirak ediblər.

 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.

 

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

 

Sonra məktəblilər Ulu Öndərə həsr olunan şeir söyləyib, mahnı ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.