Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin Azərbaycanı dünyaya tanıdan imzası canlandırılıb.

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş flaşmobda 600 tələbə iştirak edib. “İmza” layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin eni 15, uzunluğu isə 40 metrdən ibarət canlı imzası muxtar respublikada ilk dəfə yaradılıb.

 

Bu barədə universitetdən bildirilib.