Peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri də fəal iştirak edərək, qalib olublar. Belə ki, rəqs müsabiqəsində kollecin rəqs dərnəyinin üzvləri, şeir müsabiqəsində isə kollecin tələbəsi Aytac  Süleymanova I yeri tutublar. Kollecin digər tələbəsi Zəhra Kərimli isə mahnı müsabiqəsində III yeri qazanıb.