Qax şəhər 2 saylı tam orta məktəbdə və Tasmalı kənd tam orta məktəbində “İxtisas bələdçisi” layihəsi çərçivəsində seminar keçirilib.

 

Seminarda Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Səma Abbaszadə gənclərə “Düzgün ixtisas seçimi və onun əsas meyarları”, “Seçim dövrünə psixoloji hazırlıq”, “Gələcəyin ixtisasları və onların perspektivləri” haqqında məlumat verib.

 

Daha sonra "Təhsil tələbə kreditinə müraciət qaydaları və əsas seçim meyarları" haqqında məlumatlar məktəblilərin diqqətinə çatdırılıb.

 

Sonda gənclərə “Alo Karyera” dəstək xidməti haqqında məlumat verilib və gənclərin sualları cavablandırılıb.

 

Şakir CƏFƏROV