Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Azərtütün” ASC arasında imzalanan memoranduma əsasən, şirkətin mütəxəssisləri tərəfindən ADAU tələbələri üçün tütün yetişdirilməsi ilə bağlı təlimlərə start verilib.

 

İlk təlim Zaqatala şəhərində keçirilib. Universitetin aqronomluq və mühəndislik fakültələrində oxuyan bir qrup tələbə, tütünçülük fənnini tədris edən müəllim Gülnarə Abbasova, bitkiçilik kafedrasının assistenti Arzu Babazadə təlimdə iştirak ediblər.
 

Həmçinin, ötən il ADAU-nun Tədris-təcrübə təsərrüfatının sahəsində tütün yetişdirilməsində fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.