Gəncə  Dövlət Universitetində (GDU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Pəncərə” proqramı çərçivəsində tələbələrlə görüş təşkil olunub. 

 

Görüşdə çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva “Pəncərə” proqramının əhəmiyyətindən danışıb. Qeyd edib ki,  proqramın məqsədi tələbələrin müraciətlərinin dinlənilməsinə və təkliflərinin aidiyyəti üzrə yönləndirilməsinə dəstək olmaqdır. 

 

ATGTİ-nin əməkdaşı Rüfət Rüstəmov və GDU-nun TGT sədri Fuad Dadaşov “Pəncərə” proqramının hədəfləri və fəaliyyət istiqamətləri haqqında geniş məlumat veriblər.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.